Xaçmazda “VAZ 2106” aşdı, sürücü yaralandı

Xaçmazda “VAZ 2106” aşdı, sürücü yaralandı

10 Avqust 2012 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 9-u, gecə saatlarında Nabran-Yalama yolunun Xaçmaz rayonunun Tel kəndi yaxınlığından keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Yalama kəndi istiqamətində hərəkət edən Xaçmaz rayonunun Tel kənd sakini 22 yaşlı Ayaz Balabəyov 47 BA 002 qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobilin idarəetməsini itirərək onu aşırıb.
Nəticədə sürücü çiyin nahiyəsindən xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Tibbi yardımdan sonra o, ambulator qaydada müalicəyə buraxılıb. Qəza zamanı Ayaz Balabəyov avtomobildə tək olub.
Nəqliyyat vasitəsi də tamamilə yararsız vəziyyətə düşüb. Hadisənin hansı səbəbdən baş verməsi isə Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmaların sonunda məlum olacaq.

O.M.