Bakıda yol qəzasında polis əməkdaşı dünyasını dəyişib

Bakıda yol qəzasında polis əməkdaşı dünyasını dəyişib

10 Avqust 2012 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, Ələt qəsəbəsində iki "Kamaz" markalı yük maşını toqquşub. Nəticədə sürücülərdən biri hadisə yerində ölüb. Qəzadan sonra əraziyə gələn polis əməkdaşları yolda avtomobillərin hərəkətini tənzimləyə başlayıblar. Bu zaman "Mitsubishi" markalı avtomobil ərazidəki polis serjantı Babagül Hacıyevi vurub. B. Haciyev aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Sürücü saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

O.M.