Azərbaycan əsgəri güllələndi

Azərbaycan əsgəri güllələndi

9 Avqust 2012 18:26
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Şəmkir hərbi birləşməsinin Qazax rayonunda yerləşən hərbi hissəsində qeydə alınıb. Əsgər Bəhruz Seydulla oğlu Rəhimov hərbçi yoldaşının əlindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Məlumata görə, hadisə avtomat silahı təmizləyərkən baş verib. Ehtiyatsızlıqdan açılan güllə B. Rəhimova dəyib və o aldığı güllə yarasından vəfat edib. Qeyd edək ki, B. Rəhimov Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

O.M.