Böyüklər tapşırıblar axı: tanımadıqlarınızla salamlaşmayın!

Böyüklər tapşırıblar axı: tanımadıqlarınızla salamlaşmayın!

9 Avqust 2012 14:51
599
Bəyəndim (0) Bəyənmədim (0)
Kirpi qəzəblənərsə...

Amerikada 3 yaşlı Bella Mae adlı it yol kənarında dayanmış oxlu kirpi ilə oynamaq qərarına gəldi. Lakin onun bu istəyi az qala iti həyatından etmişdi. Belə ki, oyunu hücum zənn edən kirpi əks hücuma keçib, "Buldoq" cinsli itə həyatının ən "sərt" dərsini verdi. Heyvan sevərlər tərəfindən dərhal heyvan klinikasına çatdırılan Bella Maenin üzərindən 500-dən çox ox çıxardılıb. "Daily Mail"in yazdığına görə, həkimlər itin sinə və baş nahiyəsindən kirpi oxlarını çıxarmaqda əziyyət çəkiblər. Onların dediyinə görə, Bella gözündən xəsarət almayıb deyə, çox şanslıdır.

Günel Həbib

O.M.