
Hirkan Milli Parkında yanğın baş verib
ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, 08 avqust 2012-ci il tarixində saat 16:30 radələrində Hirkan Milli Parkının (Lənkəran hissəsinin) Osaküçə meşəbəyliyinin 10a saylı dolayının 72-ci kvartalında yanğın hadisəsi baş verib. 0.2 sot ərazini əhatə edən yanğın Milli Parkın əməkdaşlarının səyi nəticəsində qısa müddət ərzində tam söndürülmüşdür.
Yanğın nəticəsində Milli Parkın ağac örtüyünə ziyan dəyməmiş, əsasən illərlə tökülmüş quru xəzəl və ot bitkiləri yanmışdır.
O.M.
Digər xəbərlər