
Kürdəmirdə 4 otaqdan ibarət ev yanaraq kül oldu
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Kürdəmir rayonu, Çərtəyaz kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
O.M.
Digər xəbərlər