Əsir düşən əsgərimizin səhhəti haqqında məlumat verilib

Əsir düşən əsgərimizin səhhəti haqqında məlumat verilib

9 Avqust 2012 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənilərin əsir götürdüyü Azərbaycan Ordusunun hərbi qulluqçusu Firuz Fərəcovun sağlamlığı qaydasındadır. Apa-nın məlumatına görə, bu barədə "News Armenia" portalına Ermənistan Əsir, itkin və girovlarla iş üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Armen Kaprielyan bildirib. Onun sözlərinə görə, azərbaycanlı əsirin sağlamlıq durumu qaydasındadır və hər hansı problemi yoxdur. Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçisi F. Fərəcov iyulun 26-da Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.

O.M.