Cəbhə xəttində atəşkəs yenidən pozuldu

Cəbhə xəttində atəşkəs yenidən pozuldu

9 Avqust 2012 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində və Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, işğal olunmuş Ağdam rayonunun Cəvahirli və Novruzlu, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.