Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov  I Fəxri Xiyabanda torpağa tapşırılıb

Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov I Fəxri Xiyabanda torpağa tapşırılıb

8 Avqust 2012 19:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Şəhriyar adına Mədəniyyət Mərkəzində Milli Məclisin sabiq spikeri, professor Murtuz Ələsgərovla vida mərasimi keçirlib. Apa -nın məlumatına görə, vida mərasimi ilə əlaqədar Rəşid Behbudov, Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Mərhumun cənazəsi Mədəniyyət Mərkəzinə gətirilib. Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin üzvləri, Ombudsman Elmira Süleymanova, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər. Mərasimdə iştirak edənlər arasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və Türkiyə Böyük Millət Məclisinin üzvü, MHP millət vəkili Sinan Oğan olub. Vida mərasimi saat 17.00-dək davam edib.

Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazir Artur Rəsizadə, müdafiə naziri Səfər Əbiyev, təhsil naziri Misir Mərdanov, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ziyalılar iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov bu gün 84 yaşında vəfat edib. O, uzun sürən xəstəlikdən sonra bu gün Mərdəkanda, bağ evində dünyasını dəyişib.

O.M.