Paytaxtda 2 nəfəri əqrəb sancıb

Paytaxtda 2 nəfəri əqrəb sancıb

8 Avqust 2012 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Bakıda 1 ilan, iki əqrəb sancması hadisəsi baş verib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, Bakının Məhəmmədi kəndində bir qadını ilan sancıb. Pirallahı qəsəbəsi və Qaradağ rayonunda isə iki kişini əqrəb sancıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Qeyd edək ki, bu il yay mövsümündə Bakıda 37 ilan, 38 əqrəb sancması hadisəsi qeydə alınıb. İlan sancması ilə bağlı 36, ilan sancması ilə bağlı isə 30 nəfər xəstəxanaya yerləşdirilib.

O.M.