Paytaxtda “Mercedes” çəpərə çırpılıb

Paytaxtda “Mercedes” çəpərə çırpılıb

8 Avqust 2012 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı dəmir çəpərə çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, avtomobil zədələnmiş, sürücü yaralı vəziyyətdə xəstəxanaya aparılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.

O.M.