
Bakıda tank əleyhinə mina aşkarlanıb
Bakı şəhəri, Binəqədi rayonunda hərbi sursata oxşar şübhəli əşyanın olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüş, nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birlikdə şübhəli əşyaya baxış keçirmişdir. Müəyyən olunmuşdur ki, bu, "TM-62M" markalı tank əleyhinə təlim minasıdır. Aşkarlanmış sursat aidiyyəti üzrə təhvil verilmişdir. Əraziyə baxış keçirilmiş və digər şübhəli əşya aşkar edilməmişdir.
O.M.
Digər xəbərlər