Şəkidə dəhşətli qəza: “KAMAZ” “Mercedes” ilə toqquşdu, 4 nəfər öldü

Şəkidə dəhşətli qəza: “KAMAZ” “Mercedes” ilə toqquşdu, 4 nəfər öldü

8 Avqust 2012 11:11
955
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 40 km aralı) "KAMAZ" markalı yük avtomobili və "Mercedes" markalı minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilinin sürücüsü - 1960-cı il təvəllüdlü Məhəmməd Əhməd oğlu Əhmədov, sərnişinləri - 1963-cü il təvəllüdlü Eldar Zeynal oğlu Moladze, 1981-ci il təvəllüdlü Elbrus Nurəddin oğlu Aslanov və 1983-cü il təvəllüdlü Vüqar Mais oğlu İmanov hadisə yerində ölmüşlər. V.İmanovun cəsədi vətəndaşlar tərəfindən, M.Əhmədov, E.Moladze və E.Aslanovun cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən deformasiyaya uğramış nəqliyyat vasitəsindən müvafiq qaydada çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:46 başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

O.M.