Zaqatalada 2 yaşlı uşaq kimyəvi turşu içərək zəhərlənib

Zaqatalada 2 yaşlı uşaq kimyəvi turşu içərək zəhərlənib

8 Avqust 2012 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, 2010-cu il təvəllüdlü, Balakən şəhər sakini Manaflı Fatimə Vüqar qızı ötən gün kəskin zəhərlənmə diaqnozu ilə Zaqatala MRX-nın reanimasiya şöbəsinə daxil olub. İlkin araşdırma və müayinə zamanı məlum olub ki, azyaşlı qız evlərində kimyəvi turşu içib. Uşağa Zaqatala MRX-da ilkin yardım aldıqdan sonra müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

O.M.