Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub

8 Avqust 2012 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, 07 avqust 2012-ci il tarixində saat 22:30 radələrində Zaqatala Dövlət Təbiət Qoruğunun Qaraçay sahəsinin 05 saylı dolayının 54 saylı kvartalının ərazisində ətrafdan keçən elektrik xəttində baş vermiş qısaqapanma nəticəsində yanğın baş vermiş və 0,05 hektar sahəni əhatə etmişdir. Yanğın Zaqatala Dövlət Təbiət Qoruğunun və Fövqəladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən qısa müddət ərzində söndürülmüş və Qoruğun ərazisinə ciddi ziyan dəyməsinin qarşısı alınmışdır. Yanğın zamanı Qoruğun ərazisində yalnız təbii ot örtüyünə ziyan dəymişdir.

O.M.