Bakıda ailə münaqişəsi zəminində qardaş qardaşı bıçaqladı

Bakıda ailə münaqişəsi zəminində qardaş qardaşı bıçaqladı

8 Avqust 2012 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Qobustan Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə avqustun 8-də gecə saat 1:00 radələrində Qobustanın Çuxanlı kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Hümbətov Səxavət Mirzalı oğlu qardaşı 1982-ci il təvəllüdlü Hümbətov Səyahəti yaşadığı evdə bir neçə bıçaq xəsarəti yetirərək qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilsə də, qətlin dəqiq səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

O.M.