Sabah Bakı Metropolitenində beş stansiya müvəqqəti olaraq bağlanır

Sabah Bakı Metropolitenində beş stansiya müvəqqəti olaraq bağlanır

8 Avqust 2012 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Tikinti işləri ilə əlaqədar olaraq Bakı Metropoliteninin "20 Yanvar-Dərnəgül" sahəsi avqustun 9-u saat 22:00-dan avqustun 13-ü saat 06:00-a qədər bağlanacaq. Bakı Metropolitenindən verilən məlumata görə, həmin müddət ərzində "20 Yanvar-Dərnəgül" və əks istiqamətdə qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların ("20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül") xidmətindən istifadə edə bilməyəcəklər. Metropoliten rəhbərliyi sərnişinlərdən qeyd olunan müddətlərdə digər ictimai nəqliyyat vasitələrindən istifadə etməyi xahiş edib və müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyib.

O.M.