Suraxanıda "BMW" aşdı, sürücü öldü

Suraxanıda "BMW" aşdı, sürücü öldü

7 Avqust 2012 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Avqustun 7-də saat 00.05 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində, Bakı şəhər sakini Elman Valiulinin "BMW" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış sürücü xəstəxanaya aparılarkən yolda ölmüşdür.

O.M.