Nigeriyada kilsədə terrorçu 20 nəfəri qətlə yetirdi, onlarla mömini yaraladı

Nigeriyada kilsədə terrorçu 20 nəfəri qətlə yetirdi, onlarla mömini yaraladı

7 Avqust 2012 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Nigeriyada dəhşətli terror hadisəsi baş verib. AFP-nin yerli KİV-lərə istinadən yaydığı məlumata görə, ölkənin Otite şəhərində silahlı şəxs kilsəyə daxil olaraq, ibadət edənlərə odlu silahdan atəş açmağa başlayıb. Nəticədə, ən az 20 nəfər ölüb, onlarla insan yaralanıb. Xəsarət alanların sayı dəqiqləşdirilir. Məlumatda bildirilir ki, terrorçu hadisə yerindən uzaqlaşa bilib. Qanlı hadisəyə görə hələlik heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib.

O.M.