
Azərbaycan Ordusunun daha bir əsgəri dünyasını dəyişib
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Nazirliyin Lənkəranda yerləşən "N" saylı hərbi hissəsində 19 yaşlı əsgər Kamal Sahib oğlu Alıyev avqustun 1-də yeməkxananın damından yıxılaraq xəsarətlə hospitala yerləşdirilib. Lakin aldığı xəsarət ağır olduğundan onu xilas etmək mümkün olmayıb. K. Alıyev avqustun 3-də dünyasını dəyişib. Qeyd edək ki, S. Alıyev Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
O.M.
Digər xəbərlər