
Bakıda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyyə olunub
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən 11-ci mərtəbəsinə qədər şaxtadan keçən kabellər 15 p.m yanmışdır. Yanğın zamanı 3 nəfər, o cümlədən 2 nəfər azyaşlı xilas edilmiş, 15 nəfər bina sakini təxliyyə olunmuşdur. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
O.M.
Digər xəbərlər