Lənkəranda həyətdə qazılan quyudan qaz püskürüb, 25 yaşlı kişi ölüb

Lənkəranda həyətdə qazılan quyudan qaz püskürüb, 25 yaşlı kişi ölüb

7 Avqust 2012 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 6-da saat 20.00 radələrində rayonun İstisu qəsəbəsində rayonun Girdəni kənd sakini, 1987-ci il təvəllüdlü Tərlan Mirzəbala oğlu Həmidov bacısının fərdi həyətyanı sahəsində əl üsulu ilə quyu qazıb. Ona əmisi oğlu, İstisu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Samid Həsən oğlu Abdullayev köməklik göstərib. Quyunun 6 metr 60 santimetr dərinliyində qəfildən qaz püskürüb və T. Həmidov hadisə yerindəcə dünyasını dəyişib. S. Abdullayev isə zəhərlənmə diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

O.M.