
Anormal istilər nəticəsində dünən Bakıda 7 nəfəri gün vurub
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, dünən Bakıda 7 nəfəri gün vurub. Bu cari ilin yay mövsümündə bir gün ərzində qeydə alınan ən yüksək göstəricidir. Gün vurmuş 7 nəfərdən üçünün vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdiriliblər. Onlardan biri uşaqdır. Bununla da bu il günvurma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı 79 nəfərə çatıb, onlardan 23-ü xəstəxanaya yerləşdirilib.
O.M.
Digər xəbərlər