Nabranda iki nəfər naməlum şəxslər tərəfindən bıçaqlanıb

Nabranda iki nəfər naməlum şəxslər tərəfindən bıçaqlanıb

7 Avqust 2012 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz rayon Polis İdarəsindən verilən məlumata görə, avqustun 6-sı axşam saatlarında Bakı şəhər sakinləri - 22 yaşlı Ənvər Hüseynov və 24 yaşlı Ramiz Rüstəmov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Hər iki gənc müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxsin və ya şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

O.M.