
Düşmən mövqelərimizi bir neçə istiqamətdə atəşə tutdu
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyenberyan rayonunun Voskevan, işğal olunmuş Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şırvanlı, Baş Qərvənd kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər