
Bakıda laboratoriyada yanğın baş verib
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonunda şirkətə məxsus ümumi sahəsi 1200 kv.m olan anbarın içərisində 100 kv.m sahədə yerləşən laboratoriyanın yanar konstruksiyaları yanmışdır. Anbarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
O.M.
Digər xəbərlər