
Azərbaycan Ordusunun giziri yol qəzası nəticəsində dünyasını dəyişib
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bir neçə gün əvvəl Gəncə şəhərində Astara rayon sakini Kamran Səfərov idarə etdiyi maşınla qəza törədib. Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən K. Səfərov ötən gün orada dünyasını dəyişib. Polisdən həmçinin bildirilib ki, hadisə zamanı dünyasını dəyişən K. Səfərov Müdafiə Nazirliyinin Gəncədə yerləşən "N" saylı hərbi hissəsinin giziri olub.
O.M.
Digər xəbərlər