Ağdaşda bir gündə 4 nəfər cərəyan vurmasından öldü

Ağdaşda bir gündə 4 nəfər cərəyan vurmasından öldü

6 Avqust 2012 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdaş Rayon Prokurorluğundan verilən məlumata görə, hadisələr Ağdaş şəhərində və Yuxarı Ləki qəsəbəsində qeydə alınıb. Dünən axşam saatlarında rayonun Yuxarı Ləki qəsəbə sakinləri - 1959-cu il təvəllüdlü Əzizov İsbat Nizam oğlu və 1974-cü il təvəllüdlü Feyzullayev Müşfiq Abdulla oğlu su kanalında qanunsuz olaraq elektrik cərəyanından istifadə edərək balıq tutarkən ehtiyatsızlıq ediblər və hər ikisi elektrik vurması nəticəsində dünyasını dəyişib. Goranboy sakini 1965-ci il təvəllüdlü Hüseynov Yaşa Cabbar oğlu tikintidə işləyərkən və Ağdaş sakini 1976-cı il təvəllüdlü Əhmədov Müşfiq Mustafa oğlu yaşadığı evin həyətində ot biçərkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Bütün faktlarla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

O.M.