14 yaşlı qız Kürdə boğuldu

14 yaşlı qız Kürdə boğuldu

6 Avqust 2012 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1998-сi il təvəllüdlü İsmayılova Ayşən Ənvər qızı Kür çayının Saatlı rayon, Hacıqabul kəndindən keçən hissəsində, nəzarətsiz ərazidə çimərkən batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilmişdir. Qeyd olunan şəxsin cəsədi batdığı yerdən 20 m məsafədə tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

O.M.