
Qısqanclıq zəminində daha bir ailə faciəsi: qardaş bacısını bıçaqladı
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata əsasən, hadisə ötən gecə paytaxtın Kazımzadə küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan Elnur Əhmədov qısqanclıq zəminində bacısı Günay Sadıqovanı bıçaqlayıb. Qarın və kürək nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti alan G. Sadıqova xəstəxanaya yerləşdirilib. E. Əhmədov daha sonra özünə bıçaq xəsarətləri yetirib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini E. Əhmədov yaxalanıb.
O.M.
Digər xəbərlər