
23 yaşlı gənc yazar Zərdüşt Şəfizadə dünyasını dəyişib
Gənc yazar, Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Zərdüşt Şəfizadə bu gün səhər saatlarında vəfat edib. "Kulis.az"-ın yaydığı məlumata görə, bu barədə yazarın qardaşı Atilla Şəfizadə məlumat verib. Onun sözlərinə görə, yazar uzun müddət idi ki, qan xərçəngindən əziyyət çəkirdi. 1986-cı il təvəllüdlü yazarın indiyə qədər "Başqa adam" adlı bir hekayələr kitabı işıq üzü görmüşdü.
O.M.
Digər xəbərlər