Bakıda üç mənzildə yanğın olub

Bakıda üç mənzildə yanğın olub

3 Avqust 2012 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 100kv.m olan 3 mənzilin yanar konstruksiyaları əşyalarla birlikdə yanmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş, yanğınsöndürənlər binanın 1-ci mərtəbəsini və qonşu binaları yanğından mühafizə etmişlər. Yanğın saat 05:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğın qəsdən törədilmişdir.

O.M.