Göyçayda 33 yaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Göyçayda 33 yaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

3 Avqust 2012 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb. Göyçay sakini, 1968-ci il təvəllüdlü II qrup Qarabağ müharibəsi əlili Məmmədov Əlizadə Ağasəf oğlu idarə etdiyi 23-BG-197 dövlət nömrə nişanlı "OKA" markalı minik avtomobili ilə qəza törədib. Belə ki, sürücü idarəetməni itirərək yolu keçən piyadanı-Ucar rayon sakini, 1979-cu il təvəllüdlü Səlimov Asif Ağasəlim oğlunu vurub. Ağır bədən xəsarətləri ilə Bakının Sabunçu rayon xəstəxanasına yerləşdirilən A.Səlimov orada dünyasını dəyişib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

O.M.