Erməni peşman olacaq?...
Erməni əsilli məşhur amerikalı model və tok-şou
ulduzu Kim Qardaşyan "Erməni soyqırımını tanıma zamanı gəldi. 24 aprel Erməni soyqırımı gününün tanınması üçün siz də
iştirak edin" deyə çağırış edib.
"Twitter"də pərəstişkarların səslənən Qardaşyan "Haradan
gəldiyinizi bilməsəniz, hara getdiyinizi də bilə bilməzsiniz. 24 aprel
erməni soyqırımı gününün tanınması üçün siz də iştirak edin" deyib. Erməni
əsilli ulduz əsl-kökü ilə qürur duyduğunu da əlavə etməyi də unutmayıb.
30 yaşlı model sonuncu dəfə ingilis "Cosmopolitan" jurnalına çılpaq
pozalar vermişdi (xatırladaq ki, bu xəbəri ilk dəfə "Oxumeni.az" saytı çatdırmışdı).
Qeyd edək ki, Qardaşyan daha əvvəl də "Playboy"un da aralarında olduğu daha 2 jurnala çılpaq pozalar vermiş, ancaq sonra çox peşman olduğunu söyləmişdi. İngilis "Daily Mail" qəzeti Qardaşyanın yenə də peşman olub - olmayacağının maraqlı olduğunu yazıb.
P.S. Burda deyirlər: Erməni hara peşmançılıq hara...
O.M.