Oğuzda qadın sürücü idarəetməni itirərək avtomobili aşırıb
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Oğuz rayonu, Sincan kəndində "Nissan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşmışdır. Nəticədə avtomobil deformasiyaya uğramış, sürücü Qasımova Kəmalə Alik qızı və kimliyi məlum olmayan bir sərnişin müxtəlif bədən xəsarətləri alaraq sıxılmış vəziyyətdə qalmışlar. Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb edilmiş, avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü və aldığı bədən xəsarətlərindən hadisə yeridə vəfat etmiş sərnişinin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən tədqiqat aparılır.
O.M.
Digər xəbərlər