Sərhəd Qoşunlarının əsgəri yol qəzasında dünyasını dəyişib
Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, Ramana qəsəbəsi, Şuşa şəhərciyində qəsəbə sakini, 1993-cü il təvəllüdlü Mahir Məhəmməd oğlu Məmmədov idarəetməni itirərək "Mercedes" markalı maşını aşırıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə zamanı dünyasını dəyişən M. Məmmədovun Sərhəd Qoşunlarının əsgəri olduğu bildirilir. O, evə məzuniyyətə gəlibmiş. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər