Cəbhə xəttində atəşkəs yenə pozuldu

Cəbhə xəttində atəşkəs yenə pozuldu

3 Avqust 2012 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber; Noyenberyan rayonunun Voskevan kəndlərində; işğal olunmuş Xocavənd rayonunun Kuropatkino; Tərtər rayonunun Çaylı, Qızıloba; Goranboy rayonunun Tapqaraqoyunlu; Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.