
Sumqayıtda tank mərmisi aşkarlanıb
Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, Tağıyev qəsəbəsində dəniz kənarında partlayıcı maddənin aşkarlanması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında əraziyə baxış keçirilib və aşkarlanan sursatın 1 ədəd 45 santimetrlik tank mərmisi olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər