Bakıda yol polisini döyüldü

Bakıda yol polisini döyüldü

2 Avqust 2012 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, dünən Mikayıl Müşfiq küçəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, leytenant Murad Ağamalıyev Naxçıvan sakini Sərvər Niftəliyevin idarə etdiyi "Mercedes" markalı maşını yol-hərəkət qaydasını pozduğu üçün saxlayıb. Sürücünün sənədləri yerində olmadığı üçün polis əməkdaşı avtomobili cərimə meydançasına aparmaq istəyib. Bu zaman sürücü ilə yol polisi arasında dava düşüb və S. Niftəliyev polis əməkdaşını döyüb. M. Ağamalıyevi müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən S. Niftəliyev isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

O.M.