Bakıda 5 nəfər batmaq təhlükəsi ilə üzləşib

Bakıda 5 nəfər batmaq təhlükəsi ilə üzləşib

2 Avqust 2012 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı çimərliklərində dünən 5 nəfər batmaq təhlükəsi ilə üzləşib. Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Nardaran" sularda xilasetmə məntəqəsindən 1100 m solda nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:15-də başa çatmışdır.

Sabunçu rayonunda dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:28-də başa çatmışdır.

O.M.