Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

2 Avqust 2012 11:27
597
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğına üçüncü təhlükəlilik dərəcəsi təyin edilmişdir. İlkin məlumata görə, binanın yanar konstruksiyaları 900 kv.m sahədə yanmışdır. Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Ölən və xəsarət alan olmamışdır. Xilasetmə işləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən aparılmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

O.M.