Masallıda tövlədə baş verən yanğında bir baş iribuynuzlu heyvan tələf oldu

Masallıda tövlədə baş verən yanğında bir baş iribuynuzlu heyvan tələf oldu

1 Avqust 2012 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Masallı rayonu, Kubin kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tövlənin dam örtüyü 36 kv.m sahədə və içərisinə yığılmış 15 ton ot bağlamasının 4 tonu yanmışdır. Yanğın zamanı tövlədə olan 1 baş iribuynuzlu heyvan tələf olmuşdur. Tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunmuşdur.

O.M.