
Ağdaşda kanalda batan 45 yaşlı kişinin axtarışları davam edir
Xəbər verdiyimiz kimi, 1967-ci il təvəllüdlü Mehtixan Kefti oğlu Mehtiyev Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Şəkili kəndi ərazisindən keçən hissəsində (nəzarət olunmayan ərazidə) batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışdır. 31 iyul 2012-ci il tarixində aparılan axtarışlar heç bir nəticə verməmişdir. M. Mehtiyevin axtarışları üzrə əməliyyat davam etdirilir.
O.M.
Digər xəbərlər