Bakıda dənizdə boğulan 44 yaşlı kişinin meyiti tapılıb

Bakıda dənizdə boğulan 44 yaşlı kişinin meyiti tapılıb

1 Avqust 2012 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 30 iyul 2012-ci il tarixində Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Sahil-1" sularda xilasetmə məntəqəsindən, təxminən, 6 km məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1968-ci il təvəllüdlü İnqilab Oktay oğlu Nağıyevin axtarışları başa çatmışdır. İ. Nağıyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

O.M.