Bakıda partlayış təhlükəli əl qumbaraları aşkarlanıb

Bakıda partlayış təhlükəli əl qumbaraları aşkarlanıb

1 Avqust 2012 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda yolun kənarında döyüş sursatı aşkarlanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri gördükdən sonra nazirliyin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, bu, istifadəyə yararlı olan 1 ədəd "RQD 5" və 1 ədəd "F-1" markalı (alışdırıcıları ilə birlikdə) əl qumbaralarıdır. Aşkarlanmış partlayış təhlükəli hərbi sursatlar müvafiq qaydada aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər və aidiyyəti qurumların əməkdaşları tərəfindən hadisə yerinə əlavə baxış keçirilmiş və digər şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 22:07-də başa çatmışdır.

O.M.