Qaxda dağlıq ərazidə vəfat etmiş 50 yaşlı kişinin cəsədi helikopterin köməyi ilə dağdan çıxarılıb

Qaxda dağlıq ərazidə vəfat etmiş 50 yaşlı kişinin cəsədi helikopterin köməyi ilə dağdan çıxarılıb

1 Avqust 2012 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumata əsasən, Qax rayonu, İlisu kəndi yaxınlığında 1962-ci il təvəllüdlü Şahin Mollaməhəmməd oğlu Mirzəyev səhhətinin kəskin pisləşməsi səbəbindən ölmüş, hadisə yeri çətin keçilən dağlıq ərazidə olduğundan Ş.Mirzəyevin cəsədini götürmək mümkün olmamışdır. Müraciət daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən Aviasiya dəstəsinin 1 ədəd helikopteri hadisə rayonuna cəlb olunmuşdur. Xilasedicilər mürəkkəb dağlıq ərazidə olan Ş.Mirzəyevin cəsədini müvafiq qaydada götürmüş və aidiyyəti üzrə təhvil vermişlər.

O.M.