
Zaqatalada at velosipedçini vurub
Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Danaçı kəndi ərazisində 1964-cü il təvəllüdlü kənd sakini Atayev Şaban Məmmədəli oğlu kənd ərazisində velosipedlə hərəkətdə olarkən qarşı tərəfdən gələn at onu vurub. Atın zərbəsindən müxtəlif dərəcəli ağır bədən xəsarəti alan velosipedçi Şaban Atayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
O.M.
Digər xəbərlər