Sabirabadda onaltıotaqlı evdə yanğın baş verib

Sabirabadda onaltıotaqlı evdə yanğın baş verib

31 İyul 2012 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad rayonu, Cavad kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli onaltıotaqlı evin 2-ci mərtəbəsindəki 2 otaqda tavan 32 kv.m sahədə və evə bitişik yığılmış 3 ton ot bağlaması yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

O.M.