Balakəndə 15 yaşlı oğlan atasının maşını ilə törətdiyi qəzada qardaşını itirdi

Balakəndə 15 yaşlı oğlan atasının maşını ilə törətdiyi qəzada qardaşını itirdi

31 İyul 2012 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Balakən rayonunda azyaşlının avtomobili idarə etməsi qardaşının ölümünə səbəb olub. Bu barədə Balakən rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, yetkinlik yaşına çatmayan, 1997-ci il təvəllüdlü Balakən şəhər sakini Əhmədov Murad Fəxrəddin oğlu atasına məxsus "VAZ 21099" markalı, 24 BD 269 dövlət nişan nömrəli avtomobillə şəhərin Atatürk küçəsində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb. Baş vermiş yol qəzası zamanı M. Əhmədovun qardaşı, avtomobildə sərnişin olan 1994-cü il təvəllüdlü Məhəmməd Əhmədov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

O.M.