Rusiyanın mərkəzi kilsəsini təhqir etmiş qadınlar bütün Rusiyanın patriarxını məhkəməyə çağırdılar

Rusiyanın mərkəzi kilsəsini təhqir etmiş qadınlar bütün Rusiyanın patriarxını məhkəməyə çağırdılar

30 İyul 2012 13:04
Bəyəndim (0) Bəyənmədim (0)
Müttəhimlərin vəsatəti məhkəməyə təqdim olundu

Rusiyada müttəhimlər kürsüsündə oturmuş "Pussy Riot" feminist təşkilatının üzvləri məhkəməyə yeni bir vəsatət təqdim ediblər. İnterfax-ın məlumatına görə, təşkilat üzvlərinin hüquqlarını qoruyan vəkil Violetta Volkova məhkəmənin bugünkü iclasında yeni bir vəsatətlə çıxış edib. Vəsatətdə bildirilir ki, Moskva və bütün Rusiyanın patriarxı Kirill məhkəmənin növbəti iclaslarının birində mütləq şahid qismində iştirak etməlidir: "Xahiş edirik ki, Xilaskar Məsih məbədinin və Rusiya pravoslav kilsəsinin rəhbərini məhkəməyə dəvət edəsiniz. O, bütün pravoslav dindarlar adından suallara cavab verə, həmçinin pravoslav dini məsələlərinə aydınlıq gətirə bilər".

Xatırladaq ki, 2012-ci ilin 3 mart günü "Pussy Riot" feminist rok-qrupunun üzvləri Rusiyanın mərkəzi kilsəsi olan Xilaskar Məsih məbədinə daxil olaraq, orada razılaşdırılmamış çıxışlar etmişlər və buna görə də qrupun 3 üzvü həbsə alınmışdır. Onlar barəsində cinayət məcəlləsinin xuliqanlıq maddəsi üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.

O.M.